Bazar, 24 Avqust, 2025

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib


  • Dərc edildi: 24 Fevral, 2025 - 16:03
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

 

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 459
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 91
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7335
Sumqayıt Dövlət Univ...