Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi vakansiyası
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;
- Müvafiq hallarda daxili müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
- Buraxılmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan olunmasının təmin edilməsi;
- Hazırlanmış sığorta şəhadətnamələrinin daxili müştəriyə çatdırılmasının təmin edilməsi;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
BİLİKLƏR
- Ali təhsil: Biznes sahəsində təhsilə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi biliklər; B1 səviyyədə İngilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office (Excel, Word) proqramları üzrə biliklər.
TƏCRÜBƏ
- Sığorta sahəsində təcrübə arzuolunandır.
BACARIQLAR
- Komandada işləmək;
- Mükəmməl kommunikasiya bacarığı;
- Öz fikirlərini təmiz ifadə etmək;
- Detallara diqqət və analitik bacarıqlar;
- Məsuliyyətlilik;
- Yaranan şəraitdə tez reaksiya göstərmək.
Son müraciət tarixi: 26.10.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur