Cümə axşamı, 21 Avqust, 2025

Yaşıl gələcək naminə gənclərin eko-səfiri ol!


  • Dərc edildi: 3 İyun, 2024 - 20:25
Yaşıl gələcək naminə gənclərin eko-səfiri ol!

Yaşıl gələcək naminə gənclərin eko-səfiri ol! 

 

Əziz gənc, əgər sən regionda yaşayırsansa, liderlik bacarıqlarına güvənir və ekoloji məsələlərdə gənclərin səsi olmaq istəyirsənsə, bu elan sənin üçündür!

Ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçiriləcək "Regionun gənc eko-səfirləri" proqramına seçilərək öz regionunun gənc eko-səfiri olma şansını əldə et.

Gənclər üçün yaradılan fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi və bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin

həyata keçirilməsidir.

Hər şəhər və rayondan yalnız 1 gənc eko-səfirin seçiləcəyi proqram çərçivəsində gənc səfirlər üçün 4 ay müddətində bilik və bacarıqların inkişafı üçün təlimlər, qeyd olunan sahənin ekspertləri ilə görüş və müzakirələr, eyni zamanda eko-səfirlər tərəfindən ekoloji aksiyalar və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.

Gələcəyə yaşıl işıq yandırmaq üçün tələs!

Qeydiyyat üçün link: https://t.ly/c1Knp

Müraciət üçün son tarix: 12 iyun 2024-cü il, saat 23:59

 Qeyd: Qeydiyyat mərhələsindən uğurla keçmiş gənclər müsahibə mərhələsinə dəvət olunacaq.

Qeyd 2: Regionda yaşayan və 16-25 yaş aralığında olan gənclər müraciət edə bilər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 200
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7129
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1852
Azərbaycan Texnologi...