Bazar ertəsi, 2 İyun, 2025

"Azərbaycan müəllimi" regionlar üzrə təmsilçilərin seçimini elan edir! - QEYDİYYAT


  • Dərc edildi: 26 Aprel, 2024 - 00:17
"Azərbaycan müəllimi" regionlar üzrə təmsilçilərin seçimini elan edir! - QEYDİYYAT

Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzeti, eləcə də saytının (muallim.edu.az) fəaliyyətləri çərçivəsində regionlarda təhsillə bağlı yeniliklərin, tədbirlərin əlçatanlığının təmin edilməsi, regional təhsil xəbərlərinin operativ şəkildə əldə olunması, təhsil müəssisələri, müəllimlər və digər təhsil işçiləri ilə kommunikasiyanın təşkili məqsədilə təmsilçilərin seçiminə start verilir.

Tələblər:

  •  ali təhsil;
  •  təhsil sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə açıqlıq;
  •  təhsil sahəsində təcrübə;
  •  "Azərbaycan müəllimi" qəzet və saytının fəaliyyətlərinə qoşulmaq üçün təşəbbüskarlıq;
  •  məsuliyyətlilik, həmçinin komandada işləmə, liderlik, idarəetmə, təhliletmə və kommunikasiya bacarıqları;
  •  sosial şəbəkələrdə aktivlik;
  •  media savadlılığı;
  •  operativlik və çeviklik; 
  •  Azərbaycan dilinin yazı qaydalarını yüksək səviyyədə bilmək;
  •  regiondakı müəllimlər, məktəb rəhbərləri, müvafiq təhsil strukturları ilə əməkdaşlıq və kommunikasiya qurmaq bacarığı;
  •  regional təhsil xəbərləri və baş verən yeniliklərdən məlumatlılıq.

Vəzifə və öhdəliklər:

  •  "Azərbaycan müəllimi" qəzet və saytını regionlarda layiqincə təmsil etmək və tanıtmaq;
  •  regionlarda istedadlı şagirdlərin müəyyən olunması və onların ictimaiyyətə tanıdılmasında "Azərbaycan müəllimi"nə dəstək göstərmək;
  •  regionlarda pedaqoji yazılar hazırlamağa həvəsi olan müəllimlərlə görüşmək və bu materialların "Azərbaycan müəllimi" qəzet və saytında yayımlanmasına dəstək göstərmək;
  •  region təhsili ilə bağlı yeniliklərə dair məlumatları operativ şəkildə çatdırmaq;
  •  regionlarda "Azərbaycan müəllimi"nin tədbirlərinin təşkilinə dəstək olmaq.

Regionlar üzrə təmsilçilərin seçimi qeydiyyat və müsahibə olmaqla 2 mərhələdən ibarətdir. İlk mərhələni uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bundan əlavə, seçilmiş namizədlər "Azərbaycan müəllimi" qəzetinin regionlar üzrə məsul nümayəndələri kimi fəaliyyətlərinə görə qonorar alacaqlar.   

Müraciət üçün son tarix: 12 may saat 12:00.

Qeydiyyat linki: https://shorturl.at/gnqFR

                                                                                                                                                     

Hər hansı sualınız yaranarsa, [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.

"Azərbaycan müəllimi" qəzeti sizi 90 illik tarixin bir parçası olmağa və təhsilimizi birgə inkişaf etdirməyə səsləyir!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 127
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...