Ümumi məlumat
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Kapital Bankın kollektivi çalışacaq Maddi motivasiyanın hesablanması şöbəsi şöbəsində təcrübəçisini axtarırıq. Biz müştərilərimizlə mehriban, başadüşülən və səmimi üslubda danışmağı, xidmət və məhsullarımızın isə hər bir azərbaycanlı üçün başadüşülən olmağını istəyirik. Bankın müştərilər tərəfindən soyuq, anlaşılmaz bir qurum deyil, etibarlı, dürüst və sevimli bir həmsöhbət kimi qəbul edilməsi bizim üçün vacibdir.
Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
- Hesablanan bonus modellərinin ödənilmə vaxtının qısaldılması;
- Hesabatlarda baş verə biləcək nöqsanların qarşısını vaxtında almaq üçün nəzarət mexanizminin gücləndirilməsi;
- Bonus modellərinin dövü olaraq analitik təhlil edilməsi;
- Hesabatlar dövü olaraq edildiyi üçün daimiliyin təmin edilməsi məqsədilə işçi riskinin aradan qaldırılması.
Tələblər
Sizin barənizdə
- Ali təhsil ( İqtisadiyyat,maliyyə,uçot və audit yönümlü ixtisaslar üzrə);
- Microsoft office proqramları üzrə biliklər (Excel bilikləri);
- Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti.
Son müraciət tarixi: 23 Mart 2024
Müraciət et
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur