" Korporativ kredit üzrə satış mütəxəssisi " vakansiyası

Hazırda "Bank Avrasiya" ASC-də " Korporativ kredit üzrə satış mütəxəssisi " vakansiyası mövcuddur.



Vəzifə öhdəlikləri:
• Korporativ müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini;
• Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi;
• Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi;
• Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi;
• Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
• Qarşıya qoyulmuş aylıq/illik planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi.

Namizədlər üçün irəli sürülən tələblər:
Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
Korporativ kredit satışı üzrə ən azı 2 il iş stajı
Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
Bank qanunvericiliyi barədə biliklərin olması
Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
MS Office proqramlarının bilikləri
Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Əlavə məlumatlar:
- Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 - 18:00;

Uyğun namizədlər, xahiş olunur mövzu hissəsində “Kredit üzrə satış mütəxəssisi” vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az