Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həkim-ümumi cərrah, şüa diaqnostikası üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-mama-ginekoloq, həkim-neonatoloq, həkim-kardioloq, həkim-infeksionist, həkim-endokrinoloq, həkim-onkoloq, həkim-travmatoloq-ortoped, həkim-qastroenteroloq vəzifələri üzrə vakant yerlər elan edir.
İş yeri:
Naftalan Şəhər Mərkəzi Xəstəxanası.
Əməkhaqqı:
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Müraciət qaydası:
Vakansiya üzrə müraciət iki formada edilə bilər:
1. Qeyd olunan linkdə şəxsi məlumatlarınızı qeyd edərək:
https://forms.gle/QBVSnM6dCTwPgMGN6
2. CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini [email protected] ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.
2-ci bənd üzrə tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
Son müraciət tarixi: 26.05.2023
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur