reklam

Startap və innovasiya tədbiri olan Baku ID yenidən baş tutacaq

Bakıda 27-28 iyun tarixlərində startap və innovasiya tədbiri olan Baku ID yenidən baş tutacaq! 



Baku ID haqqında:

 

 Baku ID (Baku Investment Day) ekosistemi irəli aparmağa yönəlmiş Azərbaycanın startap və innovasiya tədbiridir. Bu tədbir sizi həm yerli, həm də beynəlxalq investorlar, mentor və spkierlər, eləcə də regionun innovasiya ekosisteminin oyunçuları ilə bir araya gətirəcək. Bir-birindən dəyərli vörkşoplar, sessiyalar, startap çıxışları, konsert və daha çoxu bu innovasiya festivalında sizi gözləyir! Son 2 ildə böyük uğurlara imza atmış tədbir 3-cü dəfə yay ayında - “Crystall Hall” arenasında baş tutacaq.

 

Niyə Startaplar iştirak etməlidir: 

 

Tədbir təkcə Azərbaycandan deyil, Mərkəzi Asiya, Avropa, Qafqaz və MENA regionlarında ehtiyac və imkanlara uyğunlaşdırılmışdır. Bu regionlardan çoxsaylı qonaqların, dövlət və korporativ əməkdaşların, investorların iştirakı sayəsində müxtəlif ekosistemlərdən gələn liderlərlə şəbəkələşməyə hazır olun. Startapların yatırım almasına dəstək olan tədbir bu il mükafat fondunun həcmini artırıb. 1 milyonluq fondu olan startap müsabiqəsini Startup Bootcamp, Startup Wise Guys, Caucasus Ventures və SABAH.fund şirkətləri dəstəkləyir. Müsabiqəyə qeydiyyat üçün klikləyin. 


Sessiyaların formatı: 

 

Böyük şirkətlərdən təcrübəli şəxslərin, vençür kapital nüməyəndələrinin, həm lokal, həm də regional ekosistemin nümayəndələri ilə birgə produktiv sessiyaları dinləməyə nə deyirsiniz? Panel müzakirələri, əsas sessiyalar, fərqli mövzularda “Fireside chat” müzakirələri, yeni səssiz müzakirə formatı, praktiki vorkşoplar, startap çıxışları, netvörkinq və daha çox sessiya ilə Baku ID 2 gün sizi innovasiya festivalında hiss etdirəcək! 

Çox yaxında böyük şirkətlərin təsisçisi və komanda üzvü olan xarici spikerlərin təqdimatı üçün gözləmədə qalın! 

Necə iştirak edə bilərəm?   Hal-hazırda tədbirdə iştirak üçün bütün bilet növlərinə 50 % endirim mövcuddur. Aşağıdan biletlər və qiymətlərlə tanış ola, sizə ən uyğun bileti seçib https://bakuid.com/tickets səhifəsinə keçid edərək əldə edə bilərsiniz. 
 


STUDENT ID (Tələbələr üçün) - 15 azn

WORKSHOP ID (Vörkşoplar üçün) - 30 azn
STARTUP IGNITE ID (Startaplar üçün)- 40 azn
STARTUP ELEVATE ID (Startaplar üçün) - 50 azn
STARTUP APEX ID (Startaplar üçün) - 150 azn
EXECUTIVE ID (İdarəedicilər üçün) - 200 azn
INVESTOR ID (İnvestorlar üçün) - 250 azn
TEAM ID (Korporativlər üçün) - 600 azn
TEAM+ID (Korporativlər üçün) - 700 azn

Qeyd: 50 % endirimli biletləri əldə etmək üçün son tarix 31 may 2024-cü ildir. 

 

Bu fürsətdən yararlanın və ilin innovasiya hadisəsində siz də öz yerinizi alın. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az