12 May 22:56

5-ci Bariatrik-Metabolik Cərrahiyyə kongresi

Nəzərinizə çatdırırıq ki, 18-19 may 2019-cı il tarixlərində Bakıda növbəti 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə kongresi keçiriləcəkdir. Bildiyiniz kimi günümüzdə Cərrahiyyənin daha çətin, önəmli və müasir sahələrindən biri olan Bariatrik-Metabolik cərrahiyyə çox sürətlə inkişaf etməkdədir. Bu inkişafda son 5 ildə ölkəmizində qoşularaq yararlanması imkanları formalaşmışdır. Bu prosesdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin hər il təşkil etdiyi Beynəlxalq kongreslərin xüsusi rolu var. Bu kongresimizdə də Beynəlxalq İFSO- International Federation for the Surgery of Obesity and Metabolic Disorders, tərəfindən rəsmi təsdiq olunaraq həyata keçirilicəkdir. Cərrahlar, reanimatoloq-anestezioloqlar, endokrinoloqlar, dietoloqlar, pediatrlar, endoskopiya mütəxəssiləri üçün bilavasitə digər həkim qurupları üçün və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş konqresin işində çıxışçı qismində;

Universitetlər

Azərbaycan Tibb Universiteti cərrahi xəstəliklər kaferalarının əməkdaşları,

İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi və ÇAPA tib fakultəsi.
Hacattəpə Universiteti,
Malatya Universiteti,
Medipol Universitet Xəstəxanası,
Beykent Universiteti,
Acibadem universitet xəstəxanası,
Hannover Tertiary Referral Bariatrik Cərrahiyyə mərkəzi,
Franakfurt Krankenhaus Sachsenhausen Bariatrik Cərrahiyyə mərkəzi
ABŞ – University of Michigan Hospitals and Health Centers, Hackensack University Medical Center
Sank-Peterburq Almazov beynəlxalq tibbi tədqiaqt mərkəzi
Astana Tibb Universiteti
Daşkənt Tibb Akademiyası
Tehran Tibb Universiteti
Beynəlxalq Dərnəklər:

İFSO- International Federation for the Surgery of Obesity and Metabolic Disorders
Türkiyə
TOSS- Turkish Obesity Sugery Society ,
TARA- Turkish Anesthesiology and Reanimation Association,
TASO-Turkish Association for the Study of Obesity,
MBSDA- Metabolic and Bariatric Surgical Dietetics Association ;
Turkish Metabolic Surgery Association and Turkish Metabolic Surgery Foundation
Rusiya- SBR – Society of Bariatric surgeons of Russia.
Qazaxıstan SBMSK – Society of Bariatric and Metabolic Surgeons of Kazakhstan;
Birləşmiş Ərəb Əmirikləri PASMBS – Pan Arab Society of Metabolic & Bariatric Surgery
IFSOMENAC – IFSO Middle East North Africa Chapter
İran Bariatrik Cərrahlar Cəmiyyətinin
Dünyanın müxtəlif Universitet klinikalarında çalışan 30-a yaxın tanınmış professorlar iştirak edəcəkdir. Tədbirin gedişində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlərlə iştirakçılar arasında maraqlı mühazirələr, diskussiyalar və bilik mübadiləsi ilə paralel olaraq müzakirələr və bilik mübadiləsi ilə paralel yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcəkdir.

Bu kongres, Barairtik-Metabolik cərrahiyyə yeniliklərindən əlavə olaraq bu sahənin ən aktual məslələrini özündə birləşdirən Reanimasion-Anestezioloji, Endokrinoloji, Dietoloji, Psixoloji, Kardioloji, Post-Bariatrik Qidalanma, Post-Bariatrik plastik Cərrahiyyə və II tip çəkərli diabetin cərrahi müalicəsi paneli əlavə olunaraq tam mütəşəkkil tədbri olacaqdır.

Tədbirin gündəliyində Azərbaycana İlk dəfə olaraq Bu sahədə yerli tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə Baraitrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu sahəyə marağı olanlara sertifikatlar veriləcəkdir.

Kongresin Materialları və təqdim edilən tezislər LESS (Laparoscopic Endoscopic Surgical Science ) jurnalında dərc edilələcək.

Konqres və kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunmuşdur ( 16 CME balı). Yanaşı olaraq İFSO – International Federation for the Surgery of Obesity and Metabolic Disorders tərəfindən rəsmi olaraq tanınır və təsdiqlənir. (ötən illlərdə olduğu kimi https://ifso.com/ifso-endorsed-meetings/ )

Hər birinizi konqres və treyninqlərimizdə görməkdən, və tədbiri barədə fikir və təkliflərinizi eçitməkdən çox məmnun olardıq! Tezliklə görüşənədək,

Böyük hörmət və ehtiramla.

Kongresin Təşkilat Komitəsinin sədri: p.h.d. Ömərov Taryel.

Bəyən və paylaş

Rəylər

rəy(lər)