“5 dekabr-Beynəlxalq Könüllülük Günü”nə həsr olunmuş  “Könüllülük Həftəsi” keçiriləcək!

Binəqədi Gənclər Evində “5 dekabr-Beynəlxalq Könüllülük Günü”nə həsr olunmuş  “Könüllülük Həftəsi” keçiriləcək!

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “5 dekabr-Beynəlxalq Könüllülük Gününə həsr olunmuş Könüllülük Həftəsihəyata keçiriləcək!

 

“Könüllülük Həftəsi”nin  məqsədi:

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq

“5 dekabr- Beynəlxalq Könüllülər Günü”ndə gənclərə zəruri bilik və bacarıqlar ötürmək, onları inkişaf etdirmək və həmçinin asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək;

– Aktiv Binəqədi Gənclərini təltif etmək;

– Gənclərin  milli maraqlara, milli-mənəvi dəyərlərə olan bağlılığını artırmaq, vətənpərvərlik və dövlətçilik ənənələrini formalaşdırmaq;

 

“Könüllülük Həftəsi” 1-10 dekabr tarixlərində keçiriləcək.

“Könüllülük Həftəsi”nin Proqramı:

– “Həftənin ən aktiv komandası” yarışı(sosial şəbəkələrdə)
– “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu
– Bovlinq yarışı

– Psixoloji Oyun

– “İnsan mühəndisliyi və karyera” təlimi

– “Komandanı tanı” oyunu

– Canoğlan Bəhruzla gənclərin görüşü

– Xaricdə təhsillə bağlı onlayn konsultasiya

 

Bizimlə əlaqə: (012) 561 92 02

Facebook:Binəqədi Gənclər Evi/Binagadi Youth House

Instagram: binagadi.ge

Related Articles