“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin üzvlərinin diqqətinə❗

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Bakı şəhəri Xəzər rayonu, Qazax, Şəmkir, Biləsuvar, Tovuz rayonlarından olan üzvlərinin diqqətinə❗

Üzvü olduğunuz Məşvərət Şurasının fəaliyyətində daha yaxından iştirak etmək istəyirsiniz❓ Özünüzdə idarəetmə qabiliyyətinin yüksək səviyyədə olduğunu düşünürsünüz❓ Komanda işi və komanda idarəetmə sahəsində təcrübə qazanmaq istəyirsiniz❓ Əgər bu suallar hələ də sizi maraqlandırırsa uyğun vakansiyanı seçib müraciət edin❗

UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi əhatə etdiyi hər bir region Məşvərət Şurası üzrə könüllü fəaliyyət göstərəcək idarə heyətinə 📌sədr, 📌sədr müavini və 📌komitələr üzrə üzv vakansiyalarını elan edir.

Məşvərət Şurası sədr vakansiyası üzrə vəzifə öhdəlikləri:
1.    Şuranın fəaliyyətinin təşkili və təkmilləşməsi üzrə öz səlahiyyətləri daxilində birbaşa qərarlar qəbul etmək:
2.    Şuranın fəaliyyəti ərzində dəstək ola biləcək uyğun təşkilat və qurum rəhbərləri ilə qarşılıqlı əlaqələr yaratmaq:
3.    Şura üzvlərinin təklif və iradlarını dinləyərək öz səlahiyyətləri daxilində uyğun qərarlar qəbul etmək:
4.    Şuranın fəaliyyətləri haqqında məlumatları Şuranın uyğun struktur bölmələrindən tələb etmək:
5.    Şura fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən qərarlar haqqında şura üzvlərini məlumatlandırmaq və öz səlahiyyətləri daxilində uyğun struktur bölmələrdən tələb etmək.

Məşvərət Şurası sədr müavini vakansiyası üzrə vəzifə öhdəlikləri:
1.    Şura sədri olmadıqda onun səlahiyyətlərini yerinə yetirmək;
2.    Şura tərəfindən həyata keçirilən tədbir və layihələrin təşkilinə nəzarət etmək;
3.    Şura üzvləri və Şura sədri arasında məmnunluğu təmin etmək;
4.    Şura daxilində fəaliyyət göstərən işçi qruplarının işlərini təmin etmək;
5.    Şura fəaliyyət istiqamətinə uyğun olaraq Şura üzvlərinin yerli və ya beynəlxalq kampaniyalarda iştirakını təmin etmək.
Məşvərət Şurası daxilində üzvlüyə müraciət üzrə komitələr:

1)    Yaxşı Səhiyyə və Rifah komitəsi

Komitə üzvlərinin əsas fəaliyyət istiqamətləri öz icmalarında sağlamlıq və rifahın yüksəldilməsi, komitənin fəaliyyət strategiyasının hazırlanması, fəaliyyət istiqamətlərinə uyğun layihələrin yazılması və idarə edilməsi, layihələrin icra planının hazırlanmasıdır.
Komitə üzvləri icmalarında olan sağlamlıq problemlərinin həlli, əhali arasında yayıla biləcək yoluxucu və digər xəstəliklərdən qorunma üsulları və bu kimi istiqamətlərdə layihələr hazırlayacaq və həyata keçirəcəkdir.

2)    Keyfiyyətli Təhsil komitəsi

Komitə üzvlərinin əsas fəaliyyət istiqamətləri öz icmalarında qeyri-formal təhsil prosesinin inkişafına dəstək və təbliğ olunması, komitənin fəaliyyət strategiyasının hazırlanması, fəaliyyət istiqamətlərinə uyğun layihələrin yazılması və idarə edilməsi, layihələrin icra planının hazırlanmasıdır.
Komitə üzvləri icmaları üzrə qız uşaqlarının təhsil prosesindən yayındırılmaması, qeyri-formal təhsil keyfiyyətinin yaxşılaşdırılması, inkluziv təhsil istiqamətlərində layihələr hazırlayacaq və həyata keçirəcəkdir.

3)    Gender Bərabərliyi komitəsi

Kömitə üzvlərinin əsas fəaliyyət istiqamətləri gender bərabərliyinin təmin olunması, qadın və qızların icmalarında həyata keçirilən bütün fəaliyyətlərdə iştirakının təmin edilməsinə dəstək, komitənin fəaliyyət strategiyasının hazırlanması, fəaliyyət istiqamətlərinə uyğun layihələrin yazılması və idarə edilməsi, layihələrin icra planının hazırlanmasıdır.
Komitə üzvləri icmaları üzrə qadın və qızlara qarşı zorakılıqların aradan qaldırılması, zorakılığa məruz qalmış icma nümayəndələrinin cəmiyyətə təkrar inteqrasiyasının təmin edilməsi istiqamətində layihələr hazırlayacaq və həyata keçirəcəkdir.

4)    Layiqli Əmək və İqtisadi Artım komitəsi

Komitə üzvlərinin əsas fəaliyyət istiqamətləri icmaları üzrə layiqli əmək xidmətlərinin təmin edilməsinə, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək verilməsi, komitənin fəaliyyət strategiyasının hazırlanması, fəaliyyət istiqamətlərinə uyğun layihələrin yazılması və idarə edilməsi, layihələrin icra planının hazırlanmasıdır.
Komitə üzvləri yeni yaranmış və ya əvvəldən var olan ixtisasların icmaları üzrə düzgün dəyərləndirilməsi və inkişafı, sahibkarlıqda innovativ texnologiyaların tətbiqi və inkişaf etdirilməsi, yaradıcılıq sahəsində fəaliyyət göstərən icma üzvlərinin inkişafına dəstək istiqamətlərində layihələr hazırlayacaq və həyata keçirəcəkdir.

🔗 Sədr vakansiyasına müraciət üçün link: https://bit.ly/37YpRAW 
🔗 Sədr müavini vakansiyasına müraciət üçün link: https://bit.ly/31kgz0T
🔗 Komitələr üzrə üzvlüyə müraciət üçün link: https://bit.ly/3i34WBm

Müraciət üçün son tarix 30 iyun 2020-ci il, saat 23:59.

Bir cavab yazın

Back to top button
Close