Bazar, 24 Avqust, 2025

"TİPx 8: Uğurlu gələcək üçün" konfransı keçiriləcək


  • Dərc edildi: 13 Fevral, 2023 - 18:06
"TİPx 8: Uğurlu gələcək üçün" konfransı keçiriləcək

"TİPx 8: Uğurlu gələcək üçün" konfransı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 24 fevral tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx 8: Uğurlu gələcək üçün” konfransı keçiriləcək.

 

Konfransın keçirilməsində əsas məqsəd tələbələri düzgün karyera planlamasının əhəmiyyəti, əmək bazarı, müasir dövrün tələbləri, məşğulluq imkanları və digər mövzular barədə maarifləndirməkdir.

 

Tədbirin spikerləri və mövzuları:

 

  • “Mən 2.0” - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov;
  • "Rəqəmsal əsrdə gənclərin karyera imkanları" - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva;
  • "Peşəkar Səriştələrin İnkişafının 5 Mərhələsi" - Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev;
  • “Tələbələrin karyera qurmalarında universitetlərin rolu” – Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov

 

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Son qeydiyyat tarixi: 21 fevral 2023-cü il

 

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdtoex9YFDw5rjowX2jCfQJyNAei3-0FB00F2OU1vqAw-b5sQ/viewform

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 436
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7311
Sumqayıt Dövlət Univ...