Çərşənbə axşamı, 1 İyul, 2025

Təhsil İnstitutu qiymətləndirmə mütəxəssisləri axtarır


  • Dərc edildi: 16 Aprel, 2024 - 01:43
Təhsil İnstitutu qiymətləndirmə mütəxəssisləri axtarır

Təhsil İnstitutu qiymətləndirmə mütəxəssisləri axtarır!

Vəzifənin təsviri:

Qiymətləndirmə layihələri: ümumi təhsil pilləsində təhsil alan şagirdlərin riyaziyyat, təbiət elmləri üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi ilə bağlı müxtəlif layihələrdə aktiv iştirak.

Qiymətləndirmə vasitələrinin hazırlanması və təkmilləşdirilməsi: riyaziyyat, təbiət elmləri üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və təkmilləşdirilməsi.

Təlim və mentorluq: təhsilverənlər və təhsil müəssisələrinin idarəedici heyəti üçün riyaziyyat və təbiət elmləri üzrə qiymətləndirmə metodologiyaları istiqamətində təlim və mentorluq fəaliyyətlərini  təşkil etmək.

Namizədə dair tələblər:

  • müvafiq sahə üzrə ali təhsil;
  • müvafiq sahə üzrə ən azı 5 il pedaqoji iş təcrübəsi;
  • bacarıq və səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və təcrübə;
  • yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları.

İş şərtləri:

İş rejimi: tam ştatlı və ya sərbəst qrafiklə.

Müraciət prosesi:

Namizədlər ardıcıl şəkildə aşağıdakı seçim mərhələlərindən keçirlər:

  1. sənədlərin onlayn qəbulu;
  2. test mərhələsi (tənqidi oxu, riyaziyyat və ya təbiət elmləri üzrə biliklər və İKT bacarıqları);
  3. müsahibə mərhələsi;
  4. qiymətləndirmə fəaliyyətləri üzrə yerli təlimdə iştirak və yekun qiymətləndirmə.

Müraciət üçün son tarix:

5 may 2024

Əlavə məlumatlar:

Maraqlanan namizədlər aşağıdakı link vasitəsilə müraciətlərini yerləşdirə bilərlər: https://forms.gle/GbQnwwvbLkXN5zMH8

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 73
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 40
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...