Gəncə - Qazax, Şəki - Qəbələ - Zaqatala, Quba - Xaçmaz, Lənkəran - Astara bölgələrində yaşayan 20-35 yaş aralığındakı aktiv icma üzvlərini “Change Ambassadors” - Erkən Nikahların qarşının alınması üçün marifləndirilmə layihəsində iştirak etməyə dəvət edirik. Layihənin əsas məqsədi regionlarda icma liderlərinin inkişafına töhfə vermək və insanları erkən nikahların fəsadları ilə tanış etməkdir.
Əgər siz də erkən nikahların fəsadlarının fərqindəsinizsə, güclü enerji və öyrənmək həvəsinə sahibsinizsə, öz icmanız üçün töhfə vermək istəyirsinizsə biz, elə məhz SİZİ axtarırıq!
5 ay davam edəcək layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
- Seçilmiş iştirakçıların peşəkar və yumşaq bacarıqlarının artırılması üçün təlimlərin təşkili;
- Layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin təşkili;
- Seçilmiş iştirakçıların öz icmalarında təşkil edəcəyi təlimlərin təşkilinə dəstək.
Bu layihəyə seçilməklə nə əldə edəcəksiniz?
- Bilik və bacarıqlarınızı artıracaqsınız;
- Yeni mühit və yeni dostlar qazanacaqsınız.
- Sizinlə eyni yol gedəcək 40 nəfərlə birgə inkişaf edəcəksiniz;
- Ölkədə ən uğurlu sosial layihələrin rəhbərləri ilə tanış olacaqsınız;
- Layihələrin sıfırdan yazılması və idarə edilməsini öyrənəcəksiniz;
- və daha nələr nələr.
Bir sozlə biz sizə 5 ay davam edəcək çox maraqlı və faydalı keçirdəcəyiniz bir mühit təklif edirik.
Təlimlər ONLAYN keçiriləcək.
Müraciət üçün son tarix: 30 may 2024-cü il (Saat 23:59)
Qeyd edək ki, layihədə qeyd olunan bütün bölgələr üzrə cəmi 40 nəfər şəxs iştirak haqqı qazanacaqdır.
QEYD: yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub əldə edəcəklər.
Qeydiyyat linki: https://forms.gle/3ntdT4c7TJWfHg2y7
Suallarınız yaranarsa [email protected] ünvanlaya bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur