Bazar, 6 İyul, 2025

"GESCO" ASC "Yay təcrübə" proqramına start verir


  • Dərc edildi: 16 Aprel, 2025 - 10:49
"GESCO" ASC "Yay təcrübə" proqramına start verir

"GESCO" ASC "Yay təcrübə" proqramına start verir


Öyrənməyə açıq, fəal və motivasiyalı gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edirik. İştirakçılar nəzəri biliklərini real iş mühitində təcrübə və tapşırıqlar əsasında tətbiq etmək fürsəti, şəxsi karyera inkişafında menecer dəstəyi və "GESCO" ASC kollektivinin üzvü olmaq imkanı əldə edəcəklər. Eyni zamanda proqramı uğurla başa vuran təcrübəçilərə sertifikat təqdim olunacaq.

2 ay müddətində davam edəcək təcrübə proqramı aşağıdakı 3 istiqaməti əhatə edir:
1. İnsan resursları şöbəsi 
2. Təchizat bölməsi 
3. Mühafizənin təşkili şöbəsi
 


Namizədə dair tələblər: 


- Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin sonuncu kurs və ya magistratura səviyyəsində təhsil alan tələbələri, həmçinin 2023-2024-cü təhsil ili məzunları olmalı;
-Yüksək səviyyədə Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi üstünlükdür); 
- Ofis proqramlarında işləmək bacarığı (1C proqram təminatı üzrə biliklər üstünlükdür); 
- Analitik düşünmə bacarığı; 
- Səlis özünüifadə bacarığı; 
- Fərdi və komanda ilə işləmək bacarığı; 
- Öyrənməyə və inkişafa yüksək həvəs və təşəbbüskarlıq. 
 


İş qrafiki: 


Bazar ertəsi - cümə günü, saat: 09:00-18:00. 

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə,"Çinar Park" Biznes Mərkəzi.

Müraciət üçün keçid linki:
http://bit.ly/42x8LXH

Müraciətlər tələblər əsasında dəyərləndiriləcək və yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq. 
Təcrübə proqramına müraciət üçün son tarix: 31.05.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 198
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 85
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 272
Məktəbəhazırlıq qrup...