İnkişaf Proqramına qoşul, gələcək karyeranı STEM sahəsində qur!

BİRLİKDƏ BACARA BİLƏRİK / QADINLAR STEM-də

 

İnkişaf Proqramına qoşul, gələcək karyeranı STEM sahəsində qur!

 

STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində öz bilik və bacarıqlarını artırmaq istəyən, Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı gənc xanımların nəzərinə! 

 

Bu layihə məhz sizin üçündür!

 

“SmartNation” platforması tərəfindən həyata keçirilən bu layihə Rumıniya səfirliyinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi STEM üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və karyerasını bu sahədə qurmağı planlayan 15-30 yaşlı gənc xanımlara dəstək olmaqdır.

Layihə çərçivəsində baş tutacaq təlimlər STEM sahələrində kifayət qədər təcrübəsi olan və cəmiyyətdə bir çoxları tərəfindən tanınmış peşəkar mütəxəssislər tərəfindən aparılacaq.

Üç ay davam edəcək layihə müddətində iştirakçılara STEM ilə yanaşı, həmçinin gələcəyin peşə və bacarıqları ilə əlaqəli sahələrdə təlimlər keçiriləcək. Bu sahədə xanımlara karyera planlaması, onların peşəkar inkişafı üçün lazım olan digər “yumşaq” bacarıqların aşılanması, eyni zamanda, əmək bazarında özlərini reallaşdırmaları istiqamətində ekspert mentorlar tərəfindən dəstək veriləcək.

 

Eyni zamanda, layihə müddətində atalarınızın və ya həyat yoldaşlarınızın da prosesə cəlb olunması ilə onlara STEM-in gətirdiyi imkanlarla bağlı interaktiv təlim sessiyaları təşkil ediləcək. Yaxınlarınız sizin ən böyük dəstəkçiniz olacaq.

 

Kimlər müraciət edə bilər?

 

- Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı xanımlar;

- STEM üzrə həvəsli olan, bu sahədə karyera qurmaq istəyənlər;

- Bu sahədəki potensiallarını peşəkar səviyyədə reallaşdırmaq istəyənlər;

 

Qeydiyyat linki: https://forms.gle/hAzMyKRdSqvL4XpWA

Proqramla bağlı əlavə suallarınız olarsa, [email protected] e-poçt ünvanına yaza və ya (+994) 50 476 54 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az