BORANI Restoranlar Şəbəkəsinə Restoran Meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
• Restoranın fasiləsiz fəaliyyətinin təşkili
• Standartların tələblərinə riayət edilməsinə nəzarət
• Müştərilərlə danışıqların aparılması
• Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
• Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
• Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
• Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
• İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
• Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
• İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
• Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.
• Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• İş təcrübəsi : Restoran sahəsində menecer/direktor vəzifəsində minumum 3 il iş təcrübəsi
• Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
• İdarəçiliyində minumum 50 nəfərlik heyətin olması;
• Detallara diqqət etmək bacarığı
• Əmək intizamına riayət etmək
• Kollektivdə işləmək bacarığı;
• Kompüter bilikləri:
MS Office
• Dil bilikləri: Rus dili və ya İngilis dili
İş şəraiti:
• İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
• İstirahət günü: həftədə 1 gün
Təminatlar:
• Nahar şirkət tərəfindən verilir
• AR Əmək Q. əsasən rəsmiləşdirilmə
• Əmək haqqı : 2000 AZN
Uyğun namizədlər öz cvlərini “Restoran Meneceri” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur