Cümə axşamı, 4 Sentyabr, 2025

“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası


  • Dərc edildi: 8 Sentyabr, 2022 - 15:03
“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası

“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası üçün komandamızla birlikdə çalışacaq əməkdaş axtarışıdayıq.

İş barədə məlumat:
Elektron hökumət portalında (EMAS) əmək müqaviləsi bildirişinin sistemə daxil etmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin qeydiyyatını aparmaq;
İşə qəbul, işdən azad , məzuniyyət, vəzifə dəyişikliyi, əvəzgün verilməsi və digər proseslərin lazımi qaydada icrasını tam şəkildə həyata keçirmək;
İSB elektron portalında zəruri əməliyatların vaxtında icra etmək;
Məzuniyyət ərizələrinin qəbul etmək və məzuniyyətləri rəsmiləşdirmək;
İllik məzuniyyət planını hazırlamaq və onların müvafiq şəkildə icrasına nəzarət etmək;
Kadr kargüzarlığına dair digər sənədləşmə işlərinin aparılmasını təmin etmək;
 
Vakansiya tələbləri:
Ali təhsil;
Qeyd edilən vəzifədə ən azı 3 il iş təcrübəsi;
MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə (xüsusilə “Excel” yaxşı səviyyədə);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Elektron Hökümət Portalları ilə (EMAS; e-sosial; İSB) sərbəst şəkildə işləmə bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
Korporativ kommunikasiya bacarığı;
Məsuliyyətli və diqqətli olmaq;
Yenliklərə və inkişafa açıq olmaq;
 
İş saatları: bazar ertəsi - cümə (09:00-18:00);
Ünvan: “8 Noyabr” Prospekti 163;
Əmək haqqı: 1000-1200 (Net);

Komandamıza qoşulmaq istəyən və qeyd edilən bütün tələblərə cavab verənlər "İnsan resursları üzrə mütəxəssis" başlığı altında CV faylını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1102
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 253
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8099
Sumqayıt Dövlət Univ...