“Qlobal çağırışlar və Türk dünyası” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçiriləcək

Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü, Beynəlxalq Dublin Universiteti, Tarix, iqtisadiyyat və hüquq elmi-tədqiqat institutu, Ege Universiteti, Ürgənc Dövlət Pedaqoji Universiteti, Bitlis Eren Universiteti, Trakya Universiteti, Mindanao Universiteti və BZT Akademiyasının birgə təşkilatçılığı ilə türk dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsinə həsr olunmuş “Qlobal çağırışlar və Türk dünyası” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

Konfransda iştirak etmək üçün yerli və əcnəbi alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.

Konfransın proqramı

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır.

Konfransın keçiriləcəyi məkan və vaxtı:

Beynəlxalq elmi konfrans 12 aprel 2023-cü il tarixində saat 10:00-da (Bakı vaxtı ilə) ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir.


 

Konfransın aşağıdakı istiqamətlər üzrə təşkil edilməsiplanlaşdırılır:

 

  1. Politologiya
  2. Sosiologiya
  3. Kulturologiya
  4. Tarix
  5. İqtisadiyyat
  6. Filologiya

 

Bölmələrin sayı və adı Təşkilat Komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənə bilər.

 

Konfransda iştirakın forma və şərtləri

 

Konfransda iştirak etmək üçün tezislərin göndərilməsi və iştirakçıların qeydiyyatı qaydası:

Konfransda iştirak etmək üçün tezisləri 20 mart 2023-cü il tarixindən gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin aşağıdakı poçt ünvanına təqdim etmək lazımdır:

[email protected]

 

Tezislərin tərtibiqaydaları:

Həcm: Tezis üçün 1000-1500 söz İstinadlar APA style ilə verilməlidir.

 

Tezislərin strukturu:

  1. Tezisin adı
  2. Müəllifin soyadı,adı
  3. Təmsil etdiyimüəssisənin adı, vəzifəsi,elmi dərəcəsi
  4. Elektron poçt ünvanı
  5. Mətn
  6. Ədəbiyyat siyahısı

 

Konfransın işçi dilləri:azərbaycan, türk, rus, ingilis.

 

Ünvan: AZ 1007, C.Hacıbəyli 71, Bakı, Azərbaycan Telefon: +994 (012) 431 41 12, +994 (55) 204 58 00



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az