“Peşə təmayüllü siniflər” 2023-2024-cü tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edir!
Tələblər:
• Ali təhsil;
• Cinsi - kişi/qadın;
• Minimum iki il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı;
• Layihə idarə olunmasında təcrübə;
• Ünsiyyət bacarığı;
• Kollektiv ilə işləmə bacarığı.
Öhdəliklər:
• Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;
• Sinif kollektivi ilə sistemli işin təşkili;
• Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi;
• Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək;
• Əsas səriştələr üzrə tədrisin keçirilməsi;
• Təhsilin icrasının təşkil edilməsi;
• Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi;
• Hesablatların hazırlanması;
• Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi.
İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq, yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır - https://forms.gle/rMd2yWckEpumJv6w7
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərə birinci mərhələni keçməsi haqqında SMS bildiriş göndəriləcəkdir. İkinci mərhələdə namizədlər Məntiq və Pedaqogikanın əsasları mövzularında test imtahanına cəlb ediləcəklər. Test imtahanında ən yüksək nəticəni toplamış namizədlərlə sonuncu mərhələdə müsahibə təşkil olunacaq. Hər üç mərhələni uğurla başa vurmuş namizədlər 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq.
Müraciət üçün son tarix: 07.07.2023
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur