Bazar ertəsi, 25 Avqust, 2025

Gənclər və İdman Nazirliyi rəsm müsabiqəsi elan edir


  • Dərc edildi: 18 Yanvar, 2023 - 19:39
Gənclər və İdman Nazirliyi rəsm müsabiqəsi elan edir

Gənclər və İdman Nazirliyi rəsm müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi "İdman – sən bir dünyasan!" mövzusunda ümumrespublika rəsm müsabiqəsi elan edir.

 Müsabiqənin məqsədi uşaq, yeniyetmə və gənclərdə idmana olan maraq və sevginin artırılması, gənclər arasında incəsənətin inkişafı, sağlam və aktiv həyat tərzinin aşılanmasıdır.

Müsabiqənin mövzusu bütün idman növlərini əhatə edir.

 Təqdim olunacaq rəsm əsərləri üçün əsas tələblər: Rəsm əsərləri A4 ölçüsündən balaca olmamaq şərti ilə istənilən ölçüdə ola bilər. Rəsmlər istənilən material və texnikada işlənilə bilər (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.).

Müsabiqə 4 yaş qrupu üzrə keçirilir:

- 6-10 yaş;

- 11-14 yaş;

- 15-19 yaş;

- 20 yaşdan yuxarı.

 Hər yaş qrupu üzrə ilk 3 yeri tutan qaliblərə diplom və Olimpiya İdman Komplekslərində 3 günlük ailəvi istirahət paketi təqdim ediləcək.

 Rəsm əsərləri 22 fevral 2023-cü il tarixinədək, aşağıda qeyd edilmiş ünvana təqdim edilməlidir:

- Bakı şəhəri, Olimpiya küçəsi, 4. Gənclər və İdman Nazirliyi.

Əlaqə nömrəsi: 187.

Qeyd: Müəlliflərdən əsərin arxasında ad, soyad və əlaqə nömrələrini yazmaq, rəsmlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin sürətini təqdim etmək xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 494
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7378
Sumqayıt Dövlət Univ...