Bazar ertəsi, 25 Avqust, 2025

Rəqəmsal Marketinq üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 4 Aprel, 2024 - 11:36
Rəqəmsal Marketinq üzrə baş mütəxəssis vakansiyası

Vakansiya: Rəqəmsal Marketinq üzrə baş mütəxəssis

Departament/Şöbə: Strateji Kommunikasiya departamenti, Rəqəmsal kommunikasiya şöbəsi 

Vəzifə üzrə tələblər: 
- Ali təhsilli olmalı; 
- Marketinq Platformaları üzrə bilikləri (Google Analytics, LuckyOrange, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console və s. ) olmalı; 
- Rəqəmsal marketinq sahəsi üzrə ən azı 3 il iş təcrübəsi olmalı; 
- Komanda ilə işləmə bacarığı olmalı; 
- Yaradıcı və yenilikçi düşünmə bacarığı olmalı.

Vəzifə öhdəlikləri: 
- Veb, SEO / SEM, e-mail, sosial media, ödənişli social media/yenidən hədəfləmə (retargeting) və GDN reklamları da daxil olmaqla rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək; 
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək; 
- Google Analytics, LuckyOrange və digərləri kimi müxtəlif veb analitika vasitələrindən istifadə edərək bütün rəqəmsal kanallar üçün qabaqcıl analitika və hesabatlar aparmaq; 
- Google,Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi; 
- Rəqəmsal fəaliyyətlərə və aparıcı nəsillərə xüsusi diqqət yetirməklə satış funnel-iniqiymətləndirmək və təkmilləşdirmək; 
- Trafikin, kampaniyaların, elanların, açar sözlərin və auditoriyanın effektivliyinin sistematik analizi; 
- Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunmasına dair təkliflər hazırlamaq; 
- Böyük həcmli məlumatların emalı. 

Göstərilən tələblərə uyğun olan namizədlərin CV-ləri mövzu (subject) hissəsinə “Rəqəmsal Marketinq üzrə baş mütəxəssis” yazaraq [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd etmək istəyirik ki, yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...