Cümə axşamı, 15 May, 2025

Qarabağ Universitetində fənlər üzrə müəllim vakansiyası elan olunur!


  • Dərc edildi: 13 İyul, 2024 - 13:31
Qarabağ Universitetində fənlər üzrə müəllim vakansiyası elan olunur!

Qarabağ Universitetində müəllim işləmək istəyənlər üçün fürsət 



Aşağıdakı fənlər üzrə vakansiya elan olunub:

• Azərbaycan dilində kommunikativ bacarıqlar;
• Azərbaycan tarixi;
• Biznes kommunikasiyası;
• İqtisadiyyata giriş;
• Mikroiqtisadiyyatın əsasları;
• Riyaziyyat;
• Fizika;
• Data analitikasına giriş;
• Təhsilə giriş;
• Psixologiyaya giriş.



 Tələblər: 



• magistr ali elmi-ixtisas dərəcəsinin olması; 
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 3 il elmi-pedaqoji iş təcrübəsi;
• liderlik və idarəetmə bacarığı;
• tədqiqat bacarığı;
• tədris prosesində tələbə mərkəzli metod və texnologiyalardan istifadə bacarığı;
• təlim prosesində süni intellektin imkanlarından istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• tələbələrin qiymətləndirilməsində müasir üsul və fərqli yanaşmalardan istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı;
• Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış qaydaları və psixoloji işin təşkilinə dair biliklər.
 

Tələb edilən sənədlər: 



1. CV;
2. ali təhsili təsdiq edən sənədlərin surəti;
3. dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış – maksimum 500 söz).

 Tələblərə cavab verən namizədlər müraciətlərini 19 iyula qədər mövzu yerinə "_ (istiqamət üzrə) müəllim" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 76
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 221
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 140
Müəllimlərin sertifi...