Çərşənbə axşamı, 3 İyun, 2025

"Vergi mütəxəssisi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 23 Noyabr, 2022 - 13:21
"Vergi mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən layihələrdən biri “vergi mütəxəssisi” vəzifəsi üzrə istedadlı, təcrübəli namizədlər üçün vakansiya elan edir.  İKT və nəqliyyat sektoruna daha yaxın olmaq istəyənləri bizimlə əməkdaşlıq etməyə çağırırıq.
Öhdəliklər:
-       Müvafiq bölmələrin vergi auditinin aparılması;
-       Vergilərin hesablanması, vergi hesabatlarının hazırlanması və vergi orqanlarına təqdim edilməsi;
-       Müvafiq bölmələrə vergilərlə bağlı məsləhətlərin verilməsi;
-       Vergi sisteminin və vergi hesablarının gündəlik yoxlanması;
-       Vergi hesablamalarının və ödəmələrinin şəxsi vərəqə ilə uzlaşdırılması;  
-       Vergi yoxlamalara dair sorğuların cavablandırılması;  
-       Vergi risklərinin aradan qaldırılmasına dair müvafiq bölmələrə dəstəyin verilməsi.
Əsas bacarıqlar:
-       Yüksək kommunikasiya bacarığı;
-       Datanın təqdim olunma üsullarından istifadə edilməklə yüksək təqdimat bacarığı;
-       Nəticəyə yönəlik güclü motivasiya, son tar

ixlərə (deadline) riayət olunması və razılaşdırılmış nəticələrə nail olmaq üçün şəxsi təşəbbüs və məsuliyyətlilik.
Biliklər:
-       Yüksək səviyyədə yerli vergi qanunvericiliyi bilikləri;  
-       Yüksək səviyyədə Mirosoft biliyi;
-       Mükəmməl Azərbaycan dili, rus və ingilis dilləri. 
Ümumi bacarıqlar:
-       Komandada çalışmaq;
-       Vaxtın idarəolunması;
-       Özünü motivasiya etmək;
-       İşə yanaşmada müsbət düşüncə;
-       Kritik yanaşma;
-       Dəqiqlik, detallara diqqət;
-       Təşəbbüskarlıq, kreativ düşüncə.
Təhsil:
-       Mühasibat, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil.
İş təcrübəsi:
-       Vergi sahəsində minimum 5 il təcrübə.
Bu meyarlara uyğun namizədlər CV-lərini 20.12.2022-ci il tarixinədək [email protected] ünvanına “vergi mütəxəssisi” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 38
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 163
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 151
Lisey və gimnaziyala...