TEXNOLOGİYA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN XANIMLAR, HAZIRSINIZMI?

Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik və respublika üzrə ən çox ilhamlandıran qadınları toplayaraq “yaxşıların ən yaxşısı”nı seçmək üçün ən gözəl fürsətdir!

Budur ənənəvi olaraq Femmes Digitales – “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyi ilin ən böyük texnologiya tədbirlərindən  birini həyata keçirəcəkdir. Bu tədbir icraçı lider və karyera peşəkarlarını netvorkinq və sosiallaşma axşamında bir araya toplayaraq daha böyük #müxtəliflik, #inklüzivlik #stem #texnologiya domenləri üçün yol açan ilin əlamətdar rolmodel, mentor və sahibkarlarının nailiyyətlərini qeyd edir.

 TEXNOLOGİYA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN XANIMLAR, HAZIRSINIZMI?

BELƏ Kİ, QADIN ROL MODELLƏRİNİN AXTARIŞINA BAŞLANILDI!

Azərbaycan Qadınları İT-də #AWITA2023  #texnologiya və #stem sektorunda heyrətamiz rol modeli üzrə xanımları axtarır! Bizə onları kəşf etmək və tanıtdırmaqda yardımçı olun!

Başqalarını müsbət nəticələrə səbəb olan töhfələrilə ilhamlandıran və inklüziv texnologiya sənaye dəyişikliyinə yönəldən qadınları və ya öz sahəsinin peşəkarlarını seçin 

Nominasiyalar 10 aprelədək qəbul edilir.

Aşağıdakı link vasitəsilə seçməyə tələsin: https://lnkd.in/emYb62tA

Xanımların hekayələrini dinləyək və #texnologiya sahəsində karyera imkanlarını genişləndirmək üçün onları ilhamlandıraq 

Seçim etməkdə çətinlik çəkirsiniz? O zaman bu paylaşımı bölüşə və ya şərhlər bölməsində uyğun namizədləri tanıyan şəxsləri işarələyə bilərsiniz! Mükafat mərasimi 12 may, Bakı şəhərində baş tutacaqdır. Bizi izləməkdə davam edin!

Ən həvəsləndirici, enerji dolu tədbir yenidən sizlərlədir!

Sektor liderlərindən ibarət möhtəşəm şəbəkə

Azərbaycanın ən nüfuzlu qadın liderləri bir arada

350-dən çox iştirakçı və Azərbaycanın ən innovativ şirkətləri

 Sənaye şəbəkələrilə yarmarka

Peşəkar karyeranızda irəliləmək üçün fürsət

Femmes Digitales –“Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyi ️⭐️ xanımların davamlı inkişafı, öz potensialına, gücünə inamı üçün dəstək verir və hər zaman güvənə biləcəyiniz xanımlarla əhatə olunacağınıza inanır. Texnologiya sahəsinin qadınları, güc birlikdədir!

Bu xəbəri paylaşmaqla qadınlara dəstək ola bilərsiniz!🗣Postumuzu tanınmağa layiq olan dost və tanışlar, çevrənizdəki peşəkarlar və ya təşkilatlarla paylaşın və ya onları işarələməyi unutmayın!. 

 Önəmli qeyd: AWITA2023 tədbiri yalnız qadınlar üçün deyil, həmçinin yeni texnologiyalar, peşəkar inkişaf və qətiyyətli addımlarla gələcəyini qurmaq istəyənlər üçündür!

Ətraflı məlumat: https://femmesdigitales.az/awita/categories/



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az