Cümə axşamı, 21 Avqust, 2025

Kimya Mühəndisi vakansiyası


  • Dərc edildi: 25 Oktyabr, 2022 - 12:13
Kimya Mühəndisi vakansiyası

Mr.Fix şirkətində hal hazırda aktiv olan vakansiyanı nəzərinizə çatdırıram.

Vəzifə-Kimya Mühəndisi.

Vəzifə üzrə Öhdəliklər:

1. İstehsalat sahəsində istifadə olunan kimyəvi məhsullar haqqında ətraflı şəkildə məlumatlı olmaq;
2. İstehsal üsulları, yan məhsulların emalı üçün birbaşa təsis əməliyyatlarını planlaşdırmaq və sınaqdan keçirmək;
3. İstehsal olunan bütün növ məhsulların kimyəvi göstəriciləri ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
4. İstehsal olunan bütün növ məhsulların fiziki-kimyəvi analiz göstəricilərinə nəzarət etmək;
5. Kimyəvi proseslərin dizaynını hazırlamaq və istehsal proseslərini kimyəvi tərəfdən təhlil etmək;
6. Böyük miqyaslı istehsal üçün məhsulların kimyəvi prinsiplərini dəqiq bilmək.

Namizədə tələblər:

1. Kimya Mühəndisliyi sahəsində ali təhsil;
2. Kimya mühəndisi olaraq 1 ildən artıq iş təcrübəsi;
3. Analitik düşünmə və problemləri zamanında həll etmə bacarığı;
4. Kimya mühəndisi olaraq mühəndislik prinsiplərinin əsasında yenilikləri tətbiq etmək bacarığı;
5. İngilis dilini əla səviyyədə bilməli.

Əlavə məlumat:

1. Əmək haqqı razılaşma əsasında
2. İş yeri - Binəqədi şossesi 7

Vəzifə üzrə uyğun namizədlər, zəhmət olmasa CV-lərinizi "Kimya Mühəndisi" başlığı ilə [email protected] ünvanına göndərin

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7149
Sumqayıt Dövlət Univ...