Cümə axşamı, 4 Sentyabr, 2025

Aparıcı analitik (Lead data analyst) vakansiyası


  • Dərc edildi: 14 Noyabr, 2023 - 11:42
Aparıcı analitik (Lead data analyst) vakansiyası

Aparıcı analitik (Lead data analyst)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yüklərin, sərnişinlərin, poçtun və baqajın dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.
 
İşin təsviri:
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir; strukturlaşdırır müxtəlif təhlillər aparır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
Yeni biznes tapşırıqlarının icrası üçün SQL sorğularının yazılması və optimallaşdırılması tapşırıqlarını icra edir;
Tabluar modelin qurulması və təkmilləşdirilməsində müxtəlif tapşırıqları icra edir;
Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
 
Tələblər:

Müvafiq sahə üzrə ən az 2(iki) il iş təcrübəsi;
Təhsil: Ali (Riyaziyyat, Kompüter mühəndisliyi, Biznes analitikası, Data analitikası, Analitika);
Xarici dil: İnglis dili (yaxşı), Rus dili(yaxşı);
Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı);
Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot, MS visio bilikləri;
Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
Tələb olunan funksional keyfiyyət meyarları:
Problem həlletmə
Keyfiyyət yönümlülük
Analitik düşüncə
 
Əmək şəraiti :
 
·       İş qrafiki – 5 günlük 09:00-18:00;
·       Təminatlar: “Push30” platformasına korporativ üzvlük


Müraciət etmə qaydaları:
 
·       Uyğun namizədlərdən qeyd olunan [email protected] email ünvanına müraciət etmələri xahiş olunur:
·       Son müraciət tarixi : 18.11.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1099
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 248
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8092
Sumqayıt Dövlət Univ...