Təhsil Sərgisində Könüllü Ol!

Təhsil Sərgisində Könüllü Ol!

 

Beynəlxalq sərgidə könüllü olaraq üfüqlərini genişləndirmək istəyirsən? 

 

Uzun zamandır gözlədiyiniz könüllülük proqramına qeydiyyat başladı!

 

StudyNet Group "Studynet Xaricdə Təhsil sərgi-yarmarkası 2023" üçün könüllü qəbulunu elan edir!

StudyNet Group şirkəti uzun müddət fəaliyyət göstərdiyi illər ərzində Birləşmiş Krallığın, eləcə də Amerika və Avropanın ən qabaqcıl universitetlərində Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək vermişdir.

 

Hər il keçirilən "Xaricdə Təhsil" sərgisində könüllü fəaliyyətin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada gənclər beynəlxalq universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqla, öz xarici dil bacarıqlarını, ünsiyyət qabiliyyətlərini, sosial çevrələrini genişləndirmək fürsəti əldə edirlər.

 

Tədbir 18 Noaybr 2023-cü il tarixində Landmark Baku-da baş tutacaq. Qeydiyyatdan keçən müraciətçilər treyninq üçün mərkəzə dəvət olunacaq.

Könüllülər sonda rəsmi sertifikat ilə təltif olunacaqlar.

 

Kimlər müraciət edə bilər:

 

16-24 yaş;

Beynəlxalq tədbirlərdə iştirak etməyə motivasiyalı;

Aktiv könüllülük fəaliyyətinə sahib;

Ünsiyyət və komandada işləmək bacarığına sahib gənclər;

İngilis dili biliyi əsas amillərdəndir.

 

Müraciət üçün son tarix: 11 Noyabr 2023-cü il, saat 23:59

 

Qeydiyyat linki: https://forms.gle/EjkQ34QTbPnR4SBg7

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az