reklam

FEMİDA KÖNÜLLÜLƏRİNİN FƏALİYYƏT DAİRƏSİ GENİŞLƏNİR

FEMİDA KÖNÜLLÜLƏRİNİN FƏALİYYƏT DAİRƏSİ GENİŞLƏNİR

Femida könüllüsü (Femida Könüllüləri Təşkilatı ) olmaq istəyən gənclər artıq 21 müxtəlif instansiya məhkəmələri arasından seçim edə biləcəklər. Belə ki, 2023-cü ilin sentyabr ayından 10 məhkəmədə fəaliyyət göstərən könüllü qrupları fevral ayından etibarən aşağıda adları qeyd olunan 21 məhkəməni və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını əhatə edəcək:

1. Azərbaycan Respublikasının Ali Məhkəməsi;
2. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası;
3. Bakı Apellyasiya Məhkəməsi;
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi;
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi;
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi;
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi;
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi;
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi;
10. Bakı Ağır Cinayətlər Məhkəməsi;
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsi;
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsi;
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsi;
14. Bakı Kommersiya Məhkəməsi;
15. Bakı İnzibati Məhkəməsi;
16. Bakı Hərbi Məhkəməsi;
17. Abşeron Rayon Məhkəməsi;
18. Sumqayıt Apellyasiya Məhkəməsi.
19. Sumqayıt Şəhər Məhkəməsi;
20. Sumqayıt Kommersiya Məhkəməsi;
21. Sumqayıt İnzibati Məhkəməsi;
22. Sumqayıt Hərbi Məhkəməsi.

Məlumat üçün bildirək ki, Femida könüllülərinin fəaliyyəti 2 pillədən ibarətdir:
* Step I - Məhkəmə-hüquq sistemində könüllülük proqramının ilk pilləsidir. Bu pillədə gənclər müsahibədən uğurla keçdikləri halda I instansiya məhkəmələrində könüllülük fəaliyyətinə cəlb edilirlər.
* Step II - Məhkəmə-hüquq sistemində könüllülük proqramının ikinci pilləsidir. Step I pilləsinin qiymətləndirilməsini uğurla başa vuran gənclər yuxarı instansiya məhkəmələrində 3 aylıq könüllülük fəaliyyətinə davam etmək hüququ əldə edirlər. Step II pilləsi seçim meyarları aşağıdaki kimidir:
* Qiymətləndirmə nəticəsi 81 bal və yuxarı olan gənclər - Ali Məhkəmə, apellyasiya məhkəmələri və Məhkəmə-Hüquq Şurasında fəaliyyət göstərə bilərlər (öz istəkləri üzrə);
* Qiymətləndirmə nəticəsi 80 və daha aşağı olan gənclər - apellyasiya məhkəmələri və Məhkəmə-Hüquq Şurasında fəaliyyətlərini davam etdirirlər (öz istəkləri üzrə).

Qeyd edək ki, 2023-cü ilin sentyabr-dekabr ayları ərzində müxtəlif qruplar üzrə ümumilikdə 134 nəfər hüquq təhsili alan gənc könüllük proqramından məzun olmuşdur.

Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.themis.az saytına keçid edə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az