Bazar, 8 İyun, 2025

Növbə rəisi vakansiyası


  • Dərc edildi: 20 Yanvar, 2023 - 16:34
Növbə rəisi vakansiyası

Aktiv vakansiya: Növbə rəisi

* İş yeri: #Azer Blast MMC

* Vəzifə öhdəlikləri: 

- Zavodun bölmələri ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir
- İstehsalı zamanı məhsul qarışdırıcıya gələn əvvəlcədən müəyyən edilmiş xammal axını miqdarında axın olub-olmadığını yoxlamaq və kənarlaşmaları düzəltmək
- İstehsal üçün tələb olunan xammalın istehsal qrafikinə uyğun olaraq anbardan gətirilməsi və istifadə olunmamış xammalın anbara göndərilməsi
- Keyfiyyət planına uyğun olaraq məhsulun keyfiyyət sınaqlarını həyata keçirmək
- Əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq növbədə personalın işini təmin etmək
- İstehsal xəttində olan məhsulların, xammalın və materialların öz yerində və müntəzəm olaraq saxlanmasını təmin etmək
- İstehsal xəttində partlayıcı hədd dəyərlərinə riayət olunmasını təmin etmək
- Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət etmək, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırmaq
- Növbə ərzində istehsalat dayanmalarını analiz etmək, boşdayanmaların və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak etmək
- İşçilərin �

�məyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət etmək
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək
- Zavodda istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək
- Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək

* Tələblər:

- Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirmək
- Təcrübə: İstehsalat müəssisəsində işləmiş və kifayət qədər təcrübəli olmalıdır
- Partlayıcı maddələrlə iş təlimi sertifikatı olmalı
- Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli
- Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli
- Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməli
- Təhsili: Ali və ya texnki təhsil
- Dil bilikləri: Azərbaycan dili – səlis; türk dili arzuolunandır

Uyğun namizədlər CV-lərini (mövzu yerində müraciət olunan vakansiyanın adını qeyd etmək şərtilə) [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 132
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...