Bazar, 24 Avqust, 2025

“Telesatış üzrə təcrübəçi” vakansiyası


  • Dərc edildi: 26 Yanvar, 2024 - 17:36
“Telesatış üzrə təcrübəçi” vakansiyası

PashaPay şirkətində “Telesatış üzrə təcrübəçi” vakansiyası aktivdir.
Təcrübə müddəti ödənişlidir və əlavə olaraq satışlardan bonus qazanmaq imkanı mövcuddur.
Kommunikasiya bacarıqlarınız yüksəkdirsə və aşağıdaki tələblərə uyğun gəlirsinizsə öz CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.

P.S. mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.

Tələblər:

Ali təhsil;
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
Ünsiyyət və inandırma bacarığının olması;
Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
Hədəf yönümlü olmaq;
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Vəzifə öhdəlikləri:

Bazadakı müştərilərə zənglər etmək;
Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 428
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7305
Sumqayıt Dövlət Univ...