Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) həkim-epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) həkim-epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

İşə qəbul olmaq istəyən şəxs aşağıdakı tələblərə cavab verməlidir:

- Ali təhsilli (sosial gigiyena və səhiyyənin təşkili, gigiyena və epidemiologiya ixtisaslarından hər hansı biri üzrə rezidentura təhsili) olmalıdır;

- Müvafiq sahə üzrə minimum 5 il iş stajına, həmçinin 5 il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik olmalıdır;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik bilikləri olmalıdır;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirləri barədə məlumatlı olmalıdır;

- “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması və müəssisədaxili intizam qaydalarını, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını bilməlidir.

Həkim-epidemioloq vəzifəsinə yiyələnəcək şəxsin üzərinə düşən vəzifələr aşağıdakılardan ibarətdir: 

- Sanitar-epidemioloji iş rejimini təşkil etməli və bu iş rejiminə riayət olunmasına nəzarət etməlidir;

- Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etməli, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verməlidir;

- Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasını aparmalıdır. Həmçinin lazım gəldikdə, belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönələn tibbi-profilaktik tədbirlərin, o cümlədən, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsini təmin etməlidir. Dezinfeksiya işlərini aparan briqadanın işinə, xidmət göstərilən obyektlərin sanitar vəziyyətinə nəzarət etməlidir;

- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət etməlidir;

- Rəhbərlik tərəfindən müəyyən olunmuş digər vəzifələri yerinə yetirməlidir;

- İş açıq və qapalı ərazilərdə yerinə yetirilməlidir.

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Həkim-epidemioloq” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az