Çərşənbə, 4 İyun, 2025

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır


  • Dərc edildi: 1 Avqust, 2022 - 20:41
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır

2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək. Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.

Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.

Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin hər iki - test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Müsabiqənin müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

1 Rəy Var:

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 207
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 54
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...