Çərşənbə, 3 Sentyabr, 2025

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd olundu


  • Dərc edildi: 30 Dekabr, 2023 - 13:22
Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd olundu

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd olundu

 

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. 

 

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşıdan gələn bayramlar münasibətilə kollektivi və tələbələri təbrik edərək onlara yeni ildə yeni uğurlar arzulayıb. 

 

Rektor Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ilin onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin üçrəngli bayrağımızı Xankəndidə ucaltdığı, ərazi bütövlüyümüzün bərqərar olduğu, böyük qələbə sevinci yaşadığımız il kimi də tarixə yazıldığını xatırladıb və gənclərə tariximizi unutmamağı, onu dərindən öyrənməyi tövsiyə edib. 

 

O, yola salmaqda olduğumuz ilin Bakı Ali Neft Məktəbi üçün də uğurlu olduğunu vurğulayaraq növbəti ildə də nailiyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. 

 

Tədbir lotereya vasitəsilə əməkdaşların mükafatlandırılması və bədii hissə ilə davam etdirildi. 

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1068
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 238
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8047
Sumqayıt Dövlət Univ...