Bazar ertəsi, 25 Avqust, 2025

"Gəz, qazan!" layihəsinə müraciət qəbulu davam edir


  • Dərc edildi: 26 Sentyabr, 2023 - 16:26
"Gəz, qazan!" layihəsinə müraciət qəbulu davam edir

"Gəz, qazan!" layihəsinə müraciət qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “MurMur Technologies” MMC-nin dəstəyi ilə “Gəz, qazan!” layihəsi icra olunmaqdadır.

 

Məqsəd işsiz şəxslərə Bakı şəhərində həm aylıq sabit qazanc yeri, həm də özlərinə məxsus mikro bizneslər yaratmaqda köməklik göstərməkdir. Belə ki, layihə çərçivəsində vətəndaşlar Murmur Technologies ilə çalışmaq üçün Agentlik tərəfindən lazımi avadanlıqlarla təmin ediləcəklər.

 

Azərbaycanlı gənc tərəfindən qurulan startapın iş prinsipi bel çantasına quraşdırılan smart reklam lövhəsi vasitəsilə müştərilər tərəfindən yerləşdirilən reklamları auditoriyaya çatdırmaqdan ibarətdir.

 

MurMurda çalışmaq üçün heç bir spesifik şərt yoxdur. İş saatları sabit və ya dəyişən olaraq 2 formada təklif edilir.

 

Layihəyə müraciət üçün onlayn qeydiyyat formasını doldurmaq və ya Regional Məşğulluq filialına yaxınlaşmaq lazımdır. Məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsinə uyğun hesab edilən vətəndaşlar layihədə iştirak imkanı qazanacaqlar.

 

https://docs.google.com/forms/d/e/1FAIpQLScqymgK6Awp352tRctE0Okj9tG4beKGOqYktRAv8K4YzQQksA/viewform

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...