Bazar, 24 Avqust, 2025

Məktəblilər üçün “Nə? Harda? Nə zaman?” intellektual oyunu həyata keçiriləcək


  • Dərc edildi: 26 Yanvar, 2025 - 09:34
Məktəblilər üçün  “Nə? Harda? Nə zaman?” intellektual oyunu həyata keçiriləcək

Məktəblilər üçün  “Nə? Harda? Nə zaman?” intellektual oyunu həyata keçiriləcək

 

“Bir Könüllü” Tələbə Təşkilatı və “3sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə Məktəbli Könüllü Proqramının üzvləri üçün “Nə? Harda? Nə zaman?” intellektual oyunu həyata keçiriləcək. 

Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında intellektual biliklərin artırılmasına şərait yaratmaq, onların analitik düşünmə, məntiqi təhlil və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, komanda işi prinsiplərinə əsaslanan bu tədbir iştirakçıların əməkdaşlıq və kollektiv məsuliyyət anlayışlarını gücləndirmək, öyrənmə prosesini interaktiv və əyləncəli şəkildə təşviq etmək məqsədini daşıyır. Yarışda ümumilikdə 10 komandanın iştirakı nəzərdə tutulur ki, bu da məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılmasına və biliklərin paylaşılmasına töhfə verəcəkdir. 

 Qeyd edək ki, 8 fevral 2025-ci il tarixində baş tutacaq yarışın sonunda qalib komandalar diplom, medal və hədiyyələrlə təltif olunacaq.

Müraciət üçün keçid edin

https://forms.gle/HLnShJ2kNi81Pwu7A

 Son müraciət tarixi: 04.02.2025

 Xatırlatma: Qeydiyyat yalnız komanda şəklində aparılır.

 Qeyd: Tədbirdə ancaq müraciəti tərəfimizdən təsdiqlənən namizədlər iştirak edəcək!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 459
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 91
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7333
Sumqayıt Dövlət Univ...