reklam

Gənclər və İdman Nazirliyi Gəncə və Lənkəran Olimpiya İdman Komplekslərinin direktor vəzifəsinə sənəd qəbulu elan edir

Gənclər və İdman Nazirliyi Gəncə və Lənkəran Olimpiya İdman Komplekslərinin direktor vəzifəsinə sənəd qəbulu elan edir.

Təsərrüfat hesablı idman obyektinin qeyd edilən vəzifəsinə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;

- Minimum iş stajı 5 il;

- Yaş həddi 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV azərbaycan dilində tərtib edilməlidir);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: Öncəki müsabihələrdə iştirak edən namizədlərin müraciətinə baxılmayacaq. Eləcə də CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan, eləcə də yaxın ərazilərdən müraciət edən namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 20 iyul 2023-cü il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az