Advance (irəli səviyyə) təlim keçmək üçün üçün instructor(təlimçi) vakansiyası

Advance (irəli səviyyə) təlim keçmək üçün üçün instructor(təlimçi) vakansiyası. 


Crocusoft Academy üçün Təlimçi Vakansiyası


Sahələr:
1. Data Analitika & Science 
2. Front-end
3. Backend C sharp 
4. Backend Java 
5. Mobil Android/ Kotlin
6. Mobil IOS / Swift 
7. Kibertəhlükəsizlik

Vəzifə öhdəlikləri:
Müvafiq sahədə irəli səviyyə təlim modullarına tam hakim olmaq, hazırlamaq və keçmək
Tələbələrin praktiki biliklər qazanmasını təmin etmək üçün layihə əsaslı tədris metodlarından istifadə etmək
Tələbələrə mentorluq etmək, onların suallarını cavablandırmaq və karyera istiqamətində yönləndirmək
Proqram modullarının məzmununu mütəmadi olaraq yeniləmək və trendləri izləmək
Real layihələr və nümunələr əsasında tədris materiallarını zənginləşdirmək


Tələblər:
Seçdiyiniz sahədə minimum 3 il iş təcrübəsi
Müvafiq texnologiyalar və alətlər üzrə dərin bilik (məsələn, Python, SQL, Power BI, React, Node.js, C#, Java, Swift, Kotlin, Penetration Testing və s.)
Tədris sahəsində təcrübə üstünlükdür
Güclü ünsiyyət və təqdimat bacarıqları
Tələbələri motivasiya etmə və dəstəkləmə bacarığı
Maraqlanan şəxslər CV-lərini və tədris etdikləri sahəyə dair qısa motivasiya məktubunu [email protected] ünvanına göndərə bilərlər.
Bizimlə birlikdə gələcəyin IT mütəxəssislərini yetişdirməyə dəstək olun!
Not: 
CV göndərərkən nəzərə alın ki təlim digər təlimlərdən fərqli olaraq advance səviyyədə nəzərdə tutulub. Buradakı kurs iştirakçıları yəni tələbələr kurs bitirmiş şəxslər, stajerlər hətta junior tələbələr belə ola bilirlər. Təlimin məqsədi müvafiq sahədə bilik və bacarıqları professionallaşdırmaq , daha da irəli səviyyəyə gətirmək , sektorun dərinliklərini öyrənib sahə üzrə mütəxəssis kimi yetişmək üçün nəzərdə tutulub.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az