Çərşənbə, 3 Sentyabr, 2025

İki universitetimiz “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.


  • Dərc edildi: 22 Yanvar, 2025 - 10:31
İki universitetimiz “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.

İki universitetimiz “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.



Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” dərc olunub. 

11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tutub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1251+) isə siyahıya ilk dəfə daxil olub. “Fizika elmləri” üzrə fənn reytinqinə Azərbaycandan yalnız Bakı Dövlət Universiteti (1001+) daxil olub. 

Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1080
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8063
Sumqayıt Dövlət Univ...