Cümə axşamı, 21 Avqust, 2025

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanmışdır.


  • Dərc edildi: 29 Dekabr, 2024 - 01:05
“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanmışdır.

“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanmışdır.

 

Təlimlər 3 ay ərzində müəllimlər və valideynlər üçün müxtəlif mövzular üzrə keçiriləcək. Müəllimlər üçün “Psixoloqdan müəllimlər üçün qızıl qaydalar”, “Gəlin uşaqlara qarşı diqqətli olaq”, valideynlər üçün isə “Tərbiyələndirmək və valideynlərin köməyi”, “Uşağı necə dinləməli və səbr etməli?”, “Valideynlərin hissləri. Konfliktləri necə həll etməli?”, “Bəs uşaqların intizamı?”, “Gəl birlikdə həll edək” və “Valideyn və müəllim əməkdaş olarsa?” mövzularında 8 təlim təşkil ediləcək. Ümumilikdə 32 saatlıq təlim proqramı keçiriləcək. Təlimlərdə uşaqla ünsiyyət, düzgün yanaşma və innovasiyalar barədə məlumat veriləcəkdir.

Qeyd edək ki, layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir. Layihə, Gülnarə Babayevanın rəhbərliyi altında icra olunur və məqsədi valideyn və müəllimlərə düzgün yanaşma üsullarının aşılanması ilə məktəbdə psixososial mühitin yaxşılaşdırılmasına dəstək verməkdir.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 21
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...