Ana Vətənin keşiyində duran əsgər, əziz valideynlər!
Milli Müdafiə Universitetində daha bir yenilik - müddətli həqiqi hərbi xidmətdə olanlar (hazırda xidmət edən əsgərlər nəzərdə tutulur) üçün təhsil imkanı!
İlk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılmışdır.
Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcəkdir. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaqdır.
İki illik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas ü
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb