PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir

PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir.

2 aylıq bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər?

Əgər:

- Uğurlu karyeraya başlamaq;

- Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək;

- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;

O zaman TƏLƏSİN!

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:

30 yaşı tamam olmamış;

Orta və ya ali ixtisas təhsilli məzunlar;

Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.

 İştirak etmək istəyənləri 4 iyun 2023-cü il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

 https://forms.gle/mATQYgrFmtNBtwVY8

“Peşəkar İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir.

PROGRO Platforması BMT - nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az