Gənclərin diqqətinə!
Azərbaycan Respublikasının Gənclər Fondu Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirildiyi 1 noyabr – 31 dekabr 2023-cü il tarixlərində növbəti “Intern Academy” layihəsi elan edilir. Proqramın əsas məqsədi dövlət qurumlarında və gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlarda öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarını artırmaq, onların gələcək fəaliyyətlərinə dəstək olmaqdan ibarətdir.
Təcrübə proqramı haqqında:
Proqramda 130 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur;
Təcrübə proqramı müvafiq sahələrə uyğun bölgü üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (1 ay), Azərbaycan Respublikasının Gənclər Fondunda (1 ay), Bakı şəhəri və bölgələrdə yerləşən Gənclər Evlərində (2 ay) (“Gənclər evi” sosial xidmət müəssisələri), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasında (2 ay) və “Azərşəkər” MMC-də (3 ay) keçiriləcəkdir.
Təcrübəçilər 1 noyabr tarixindən etibarən 2 həftə ərzində keçiriləcək şəxsi və peşəkar inkişafla bağlı təlimlərə cəlb olunacaqdır;
Təcrübə proqramına
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb