Cümə axşamı, 3 İyul, 2025

Turizm İstirahət Kompleksində vakansiyalar


  • Dərc edildi: 21 Dekabr, 2022 - 12:37
Turizm İstirahət Kompleksində vakansiyalar

Tufandag Qış-Yay Turizm İstirahət Kompleksində vakansiyalar:

1.     Baş kassir 1 yer. Əsas tələb: İngilis, rus dili və kompyuter biliyi. Bu sahədə təhsil və iş təcrübəsi, idarəetmə qabiliyyəti, sərbəst ünsiyyət qurma bacarığı gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər. Kassa əməliyyatlarını müvafiq qayda və tələblərə uyğun aparılması qaydalarını bacarmalı.
2.     Kassir 6 yer. Əsas tələb: İngilis dili və kompüter biliyi (orta səviyyə) - başqa bir xarici dili biliyi üstünlükdür. Qonaqlarla sərbəst ünsiyyət qurma bacarığı, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər. Sənədlər və pul nominalları ilə işləməyi bacarmalı.
3.     Müştəri xidməti işçisi 1 yer. Əsas tələb: İngilis, rus dili biliyi. Qonaqlarla sərbəst ünsiyyət qurma bacarığı, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər.
4.     Anbardar köməkçisi 1 yer. Əsas tələb: Kompyuter biliyi (Ofis proqramlarında sərbəst işləmə bacarığı). Sənədlərlə (qaimə-faktura və digər təhvil təslim sənədləri) işləməyi bacarmalı. Mal materialların qəbulu va saxlanma qaydaları haqqında məlumatlı olmaq. Sənədlərlə işlərdə səliqəli və dürüst olmalı. Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil. İş təcrübəsinin olması arzuolunandır.
5.     Nəzarət və Buraxılış Xidməti əməkdaşı (security) 4 yer. Əsas tələblər: Hərbi xidməti keçməli, boyu 170 sm və daha yuxarı. Düzgün qamətli və fiziki cəhətdən sağlam, 30 yaşınadək gənclər.
6.     Ümumi ərazi təmizlikçisi 1 yer. Əsas tələblər: Fiziki iş görməyə həvəsli olmaq. Təmizlik və səliqəliliyi sevmək. Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.
7.     Qazanxana maşinisti (Texnik) 1 yer. Əsas tələblər: Bu sahədə təhsili və müvafiq sertifikatının olması mütləqdir. Qaz təhlükəsizliyi və ümumi texniki təhlükəsizlik qaydaları haqqında biliklərin olması. Qazanxanalar və istilik sistemləri, qapalı və açıq su dövriyyəsi sistemləri, yüksək təzyiqli və təzyiq yaradan qurğular barədə nəzəri və praktiki biliklərin olması. İş təcrübəsi arzuolunandır.

Müraciət üçün Qəbələ rayon Durca kəndində yerləşən Qafqaz Tufandag Hotelə yaxınlaşa və ya CV məlumatlarınızı müraciət etmək istədiyiniz müvafiq vəzifə adını başlıq qeyd edərək [email protected] ünvanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 130
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 59
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 245
Məktəbəhazırlıq qrup...