Bazar ertəsi, 1 Sentyabr, 2025

“Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək


  • Dərc edildi: 15 Fevral, 2024 - 17:07
“Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək

“Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək

“İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimin sinfinin təqdimatında şair-rəssam Adil Mirseyidin xatirəsinə həsr olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək.

Edumap.az xəbər verir ki, bu barədə Birliyin Mətbuat xidmətindən bildirilib. Fevralın 19-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə şair-rəssam Adil Mirseyidin rəsm əsərləri sərgilənəcək. 

Konsert-sərginin bədii hissəsində bəstəkar Aydın Əzim və tələbələri Türkər Qasımzadə, Azər Hacıəsgərli, Aysel Əzizova, Natiq Muradxanlı, Rüzgar Əhmədzadə, Rəbiyə İmanquliyeva, Röya Hüseynova, Sara Dilruba və Ülkər Aşurbəylinin təqdimatında müxtəlif musiqi nümunələri təqdim olunacaq.

Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 975
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 201
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7864
Sumqayıt Dövlət Univ...