Cümə axşamı, 21 Avqust, 2025

Təhsil İnstitutu mütəxəssis vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 29 Sentyabr, 2023 - 19:39
Təhsil İnstitutu mütəxəssis vəzifəsinə vakansiya elan edir

Namizədlə bağlı tələblər:

  • Ali təhsil;
  • Təhsil, sosial və ya biznes layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
  • Müvafiq kompüter bilikləri;
  • Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Tədqiqat bacarıqları;
  • Layihələri idarəetmə bacarıqları;
  • Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
  • Təhsil sahəsi ilə bağlı biliklər;
  • Təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:

  • İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
  • Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin təşkil olunması;
  • Təhsil tədqiqatlarının aparılması;
  • Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
  • Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
  • Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasının təmin edilməsi;
  • Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 15 oktyabr 2023-cü il tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Təhsildə innovasiyalar üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 26
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 224
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...