Şənbə, 7 İyun, 2025

“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək


  • Dərc edildi: 27 Avqust, 2023 - 12:09
“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək

“Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək. Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.

Sentyabrın 2-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi. Mingəçevir şəhərində, Kür çayında ikinci dəfə təşkil ediləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.

Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün heç bir ödəniş tələb olunmur. Yerlər məhduddur və iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq.

İştirakçıların nəqliyyat və qidalanması təşkilatçılar tərəfindən təmin ediləcək. Qaliblərə müvafiq diplom, medal və hədiyyələr təqdim ediləcək.

Yarışa qoşulmaq istəyənlər 31 avqust 2023-cü il tarixədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/39cSiteTdEJeWkcr9


 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 126
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 301
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...