Bazar ertəsi, 1 Sentyabr, 2025

“Məktəbli Könüllülərin Yaz Düşərgəsi” təşkil olunacaq


  • Dərc edildi: 4 Aprel, 2025 - 23:04
“Məktəbli Könüllülərin Yaz Düşərgəsi” təşkil olunacaq

 “Məktəbli Könüllülərin Yaz Düşərgəsi” təşkil olunacaq

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə 25-27 aprel tarixlərində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 8-11-ci sinifdə təhsil alan məktəbli könüllü proqramının üzvləri üçün “Məktəbli Könüllülərin Yaz Düşərgəsi” təşkil olunacaq.

Layihənin əsas məqsədi məktəbli könüllülərin şəxsi inkişafına dəstək olmaq, onların komanda daxilində işləmə bacarıqlarını artırmaq və könüllülük fəaliyyətinə marağını gücləndirməkdir.

Düşərgə çərçivəsində iştirakçılar üçün aşağıdakı fəaliyyətlər nəzərdə tutulur:

• Komanda quruculuğu və şəxsi inkişaf mövzularında təlimlər

• İnteraktiv və intellektual oyunlar

• Qrup işləri və təqdimatlar

• Əyləncəli və maarifləndirici fəaliyyətlər

Əgər sən də həftəsonunu həm öyrədici, həm də əyləncəli şəkildə keçirmək, yeni dostlar qazanmaq və inkişaf etmək istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!

Müraciət üçün keçid:https://forms.gle/gD1HU3MKfUn1VxZN8

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 980
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7883
Sumqayıt Dövlət Univ...