İnzibati Köməkçi (Receptionist) vakansiyası

Müraciət tarixi: 12/12/2022 - 22/12/2022

İş yeri: Baş ofis

Vəzifə: İnzibati Köməkçi (Receptionist)

 

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün İnzibati Köməkçi (Receptionist) vəzifəsinə işçi axtarışı elan edir.

 

Rol haqqında

Bu vəzifəni icra edən, bir başa rəhbərinin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur.

Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edilməsinə məsuldur.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Qoyulmuş prosedurlara uyğun olaraq Şirkətə gələnlərin lazımi qaydada qəbul olunmasını və nəzarətini təmin etmək
  • Mətbəx avadanlıqlarının FINCA Azerbaijan-nın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etməklə saxlanılması
  • Davamlı olaraq şəkildə vəziyyətdə olmasını təmin etməklə bütün “ümumi” Şirkətin avadanlığın saxlanılması
  • Şirkətin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarının tam yerinə yetirilməsini təmin etmək
  • Poçt vasitəsi ilə daxil olan və xaric olan bütün məktub,teleqram və s. qəbul etmək

qeydiyyata almaq və qovluğa yerləşdimək

  • Ehtiyac olduğu təqdirdə, İnzibati Təlimat və Maliyyə Təlimatının maddələrinə uyğun olaraq FINCA Azerbaijan-nın alqı prosedurlarlnı həyata keçirmək
  • Ehtiyac olduğu təqdirdə, gündəlik İş prosessində İnzibati və ya Xətti Menecer tərəfindən tapşırılan tapşırıqları yerinə yetirmək

Namizəddən gözləntilərimiz nələrdir?

  • Ali təhsil-istənilən sahədə
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
  • Microsoft Office üzrə sərbəst işləmək bacarığı-əsasən Excel,Word və surətli çapetmə bacarığı
  • Kargüzarlıq üzrə biliklər üstünlükdür

 

Dil bilikləri

  • Azərbaycan dili-səlis, ingilis dili orta.Rus dili arzuolunandır

Gözlənilən davranışlar

  • Xidmət yönümlülük
  • Ünsiyyət bacarığı
  • Dürüstlük
  • Operativlik
  • Detallara diqqət etmək bacarığı
  • Məsuliyyət
  • Stressə davamlılıq

 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 22 Dekabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

Onlayn Ərizə forması



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az