Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə böyük məsləhətçi, aparıcı məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.
Biz nə təklif edirik:
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
• Karyera irəliləyişlərində yaradılan şərait;
• Rəqabətədavamlı əməkhaqqı.
Görəcəyiniz işlər:
• Tibb müəssisələrində sığortaolunanlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər üzrə tibbi iddiaların formalaşması, iddiaların tam, dolğun və zamanında mövcud elektron vahid informasiya sisteminə (“E-Təbib”) daxil edilməsi üzrə standartlaşdırılmış vahid təlimatın hazırlanmasını təmin etmək;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun olan TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək;
• Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə, onlara fəaliyyət istiqamətinə uyğun təlimlər keçmək və ya aidiyyəti üzrə təlimlərin təşkil edilməsi üçün müraciət etmək;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi-iqtisadi ekspertizanın aparılması qaydaları barəsində tibbi-iqtisadi ekspertizanın aparılması zamanı tələb olunan ilkin tibbi sənədlərə dair tələblər barəsində tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərini məlumatlandırmaq;
• Tibb müəssisəsinin sığortanın təşkili üzrə məsul şəxsindən tibbi-iqtisadi ekspertizanın aparılması üçün təqdim ediləcək aylıq hesabatın hazırlanmasını tələb etmək;
• Tibb müəssisələrinin sığortanın təşkili şöbələrinin fəaliyyətinin dinamik müşahidəsinin aparılmasını təmin etmək;
• Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında “çıxarış səbəblərini” əsas tutaraq, tibb müəssisəsinin sığortanın təşkili üzrə məsul şəxsindən çıxarış səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasını tələb etmək;
• Tibb müəssisələri tərəfindən sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə “E-Təbib” sistemində tətbiq ediləcək texniki tapşırıqların hazırlanmasını təmin etmək, “E-Təbib” sistemində proseslərin optimallaşdırılması üçün təkliflər vermək;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılmasını və cavablandırılmasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
• Ali tibb təhsili;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 17.05.2023
• CV-lər [email protected] ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu yerinə “Sığorta işinin təşkili şöbəsinə böyük məsləhətçi və ya aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur